Azərbaycan millisinin yarımmüdafiəçisi Premyer Liqa klubunda altı aylıq icarəyə verildi

Azərbaycan millisinin üzvü Emil Mustafayev Ukraynanı tərk etməyib.

Newsport.az-ın məlumatına görə, Emilə Azərbaycan Premyer Liqasında yarışan bir neçə klubdan təklif gəlsə də, o, Ukraynada qalmağa üstünlük verib.

Mustafayev "Çernomorets"lə anlaşıb. Emil mövsümün sonuna qədər Odessa təmsilçisinin heyətində icarə əsasında çıxış edəcək.

Əslində, Mustafayev ötən həftə "Çernomorets"ə keçəcəyi haqda xəbərləri təkzib etmişdi. Amma o, bildirib ki, həmin vaxtı klubunun "Çernomorets"lə danışıq aparmasından xəbərsiz imiş.

Qeyd edək ki, Emil Mustafayev 2023-cü il iyulun 1-də "Aleksandriya"dan "Polessye"yə keçib. Onun hazırkı klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right