"Mançester Yunayted" əlcəzairli müdafiəçini istəyir

"Mançester Yunayted" transfer çalışmalarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar" "Vulverhempton"un müdafiəçisi Rayan Ait-Nurini transfer etməyi planlaşdırır.

Hazırda tərəflər arasında danışıqlar gedir.

Əlcəzair millisinin üzvünün özü də "Mançester Yunayted" forması geyinməkdə maraqlıdır.

Mançester klubunun baş məşqçisi Ruben Amorim qışda müdafiə xəttini məhz əlcəzairli ilə gücləndirilməsinin vacibliyini rəhbərliyə bildirib.

23 yaşlı müdafiəçinin klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, bu mövsüm 22 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right