"Fənərbaxça"nın sabiq baş məşqçisi İranda çalışacaq

"Fənərbaxça"nın sabiq baş məşqçisi İsmail Kartal İranda çalışacaq.

Newsport.az-ın məlumatına görə, türk mütəxəssis "Persepolis"lə anlaşıb. Bu barədə İran mətbuatı məlumat yayıb.

63 yaşlı məşqçi Tehrana gedib yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, İsmail Kartal ötən mövsüm "Fənərbaxça"nı çalışdırıb. İstanbul təmsilçisi onun rəhbərliyi altında 2023/2024 mövsümündə Super Liqanı 99 xalla 2-ci pillədə bitirib. Mövsüm bitdikdən sonra təcrübəli mütəxəssislə yollar ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right