"Neftçi"yə çempionluq qazandıran hücumçu Yaponiya klubunda RƏSMİ

"Neftçi"nin sabiq futbolçusu Ahmed Ahmedovun yeni klubu məlum olub.

Newsport.az-ın məlumatına görə, bolqarıstanlı hücumçu karyerasını Yaponiyada davam etdirəcək.

Ahmedov "Şimizu S-Pulse"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı forvardla 2027-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ahmed Ahmedov 2020/2021 mövsümünün ikinci yarısını icarə əsasında "Neftçi"də keçirib. Təcrübəli forvard sonuncu turda "Qarabağ"la matçda qələbə qolunu vuraraq "ağ-qaralar"a çempionluq qazandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right