"Qarabağ"da oynamış hücumçu Azərbaycana qayıtmadı, bu kluba icarəyə verildi Foto

“Qarabağ”ın sabiq hücumçusu Ovusu Kvabena “Ferentsvaroş”da xoşbəxt olmadığı üçün komandanı tərk etmək istəyirdi. Hətta qanalı futbolçunun Azərbaycana qayıtmaq ehtimalının yüksək olması barədə xəbər də vermişdik.

Newsport.az-ın məlumatına görə, Ovusu “Ferentsvaroş”u tərk edib. Amma o, Premyer Liqamıza qayıtmayıb. 

Belə ki, sabiq “Qarabağ”lı Macarıstan yüksək liqa təmsilçilərindən olan “Zalaegerseq” klubuna keçib. Kvabena mövsümün sonuna qədər bu kluba icarəyə verilib. Ovusu 2020-2023-cü illərdə “Qarabağ”ın formasını geyinmişdi.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right