"Baş verənlərə izahat vermək çətindir. İmkanlarımızdan yararlana bilmədik, axmaq qollar buraxdıq və sonda məğlub olduq.
Newsport.az-ın məlumatına görə, bu sözlər Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının futbolçusu Vyeçeslav Karavayevə məxsusdur.
Gənc futbolçu "Avro 2017”nin seçməmərhələsində Azərbaycan yığmasına 3-0 hesabı iləməğlubiyyətin qəbulolumaz olduğunu vurğulayıb: "Biz yalnız özümüzdən küsə bilərik. Bütün futbolçularda ruh düşkünlüyü var.Azərbaycan millisinə bu hesabla məğlub olmaq qəbulolunmazdır. Ümid edirəm ki, bir daha beləolayla üzləşməyəcəyik.”
Karavayev qrupdakı şanslarını da dəyərləndirib: "Düşünmürəm ki, qrupdakı şanslarımız azalıb. Qarşıdan gələn bütün oyunlarda qələbə qazansaq qrupdan çıxa bilərik. Bunun üçün bütün görüşlərdə maksimim xal toplamalıyıq və rəqiblərimiz də bir-biri ilə oynamalıdır. Şəxsi görüşlərdə bəxt də üzümüzə gülməlidir.”