Rumıniyanın "Sepsi" klubunun sahibi Laslo Dioşeqi "Neftçi"dən ayrılaraq onun komandasına keçən macarıstanlı müdafiəçi Mark Tamaşın geri dönüşünə münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisinin keçmiş üzvü haqda bunları deyib:
"Bəli, Mark Tamaş qayıtdı. Ona şans verməliyik. O, komandamızdan yaxşı formada ayrılmamışdı. İstənilən futbolçu gərgin vəziyyətlərdə artıq söz danışa bilər. Tamaş yaxşı futbolçudur".
Qeyd edək ki, Tamaş 2023-cü ilin yayında “Sepsi”dən “Neftçi”yə keçmişdi. Daha sonra rumınların onu buraxmaq istəmədiyini öyrənən mərkəz müdafiəçisi Azərbaycan klubuna keçmək niyyətində olduğunu bildirərək qalmaqal yaratmışdı. “Sepsi” isə bu transferdən 150 min avro qazanmışdı.