Özbəkistan millisinin futbolçusu “Mançester Siti” ilə müqavilə bağladı

Özbəkistan millisinin futbolçusu Abdukodir Xusanov İngiltərənin "Mançester Siti" klubu ilə müqavilə imzalayıb. 

Newsport.az-ın məlumatına görə, bu haqda Özbəkistan mətbuatı məlumat yayıb. Transferin klub tərəfindən də tezliklə açıqlanacağı gözlənilir.

20 yaşlı özbək mərkəz müdafiəçi ilə müqavilənin imzalanması mərasimində klubun baş məşqçisi Xosep Qvardiola da iştirak edib. 

Yanvarın 16-da futbolçu Mançesterə gəlib. Futbolçu yeni komandasında tibbi müayinədən uğurla keçib.

Xusanovun klubla müqaviləsi 4,5 illikdir. Həmçinin, müəyyən şərtlər yerinə yetirilərsə, müqavilə daha bir il müddətinə uzadıla bilər. Futbolçu özü üçün 45 nömrəli formanı seçib.

İmzalanma mərasimindən futbolçunun “Siti”nin idman direktoru ilə şəkli də internetdə yayılıb. 

Xatırkadaq ki, Abdukodir Xusanov “Mançester Siti”yə Fransanın “Lans" klubundan transfer olunub. İngiltərə klubunun futbolçu üçün təxminən 40 milyon avro təzminat ödədiyi iddia olunur.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right