Mahirin komandası növbəti oyuna çıxır

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” Almaniya 2-ci Bundesliqasında növbəti oyuna çıxacaq.

Newsport.az-ın məlumatına görə, komanda bu gün 18-ci turda öz meydanında “Karlsrue” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Qeyd edək ki, “Nürnberq” 18 turdan sonra 22 xalla 11-ci pillədə qərarlaşıb. “Karlsrue” isə 29 xalla 5-cidir.

Əlavə edək ki, M.Emreli bu mövsüm “Nürnberq”in heyətində bütün turnirlərdə 13 oyunda meydan çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini edib. O, son 6 matçda fərqlənə bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right