“Bayern”in müdafiəçisi Alfonso Deyvis çətin ki, “Real”a keçsin.
Newsport.az-ın məlumatına görə, kanadalı futbolçu Münhen klubu ilə yeni müqavilə bağlamağa yaxındır.
Almanlar Deyvislə anlaşa bilib. Tərəflər arasında yeni müqavilə 4 illik olacaq. Onun münhenlilərlə hazırkı sözləşməsi bu ilin yayında başa çatacaq.
24 yaşlı müdafiəçi bu mövsüm “Bayern”in heyətində 23 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.