Bakıda darmadağın olan məşqçi: "Bu, karyeramın ən ağır məğlubiyyətidi"

"İndi belə məğlubiyyətin səbəblərindən hansınısa demək çətindi. Oyunun əvvəlində bir neçə aşkar qol imkanımız oldu ki, onlardan istifadə etməli, hesabda önə keçməli idik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Rusiya millisinin baş məşqçisi Dmitri Xomuxa deyib.
 
AVRO-2017-nin seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına 0:3 hesabı ilə uduzan şimal qonşularımız şoka düşüb. Matçdan sonra rusiyalı gənclərin çalışdırıcısı məsələyə geniş prizmada yanaşaraq açıq danışıb. 
 
Xamuxa yenilginin səbəblərini açıqlayıb: "Təəssüf ki, erkən qol vura bilmədik. Sonra isə rəqib bizim zəif nöqtələrimizdən yararlandı. Növbəti dəfə standart vəziyyətdən ötürmədən sonra qol buraxdıq. Komandamızın mənəvi ruhu düşündüyümüz qədər də möhkəm olmadı. İkinci qolu buraxandan sonra isə oyunda dönüş yaratmaq üçün heç nə edə bilmədik”.
 
U-21-in çalışdırıcısı karyerasının ən ağır məğlubiyyətinini aldığını da bildirib: "Bu, məşqçilik karyeramda ən böyükhesablı məğlubiyyətdi. Amma mənə hərtərəfli düşünmək üçün çoxlu əsas verdi. U-21-ə yüksələn gənc futbolçularımız demək olar ki, rəqabətədavamlılığını itirir. Bunun əsas səbəbi əksər futbolçularda yüksək səviyyədə oyun praktikasının olmamasıdır. Avstriya və Almaniyanın gənclər yığmalarının oyunçuları sadəcə klublarının start heyətlərində oynamır, həm də aparıcı futbolçular sayılır. Özü də bu klublar ciddi səviyyəyə malik komandalardı, bəziləri hətta Çempionlar Liqasının daimi iştirakçısıdır. U-21 səviyyəsində onların futbolçularının inkişafı bizimkilərinkindən xeyli yüksəkdi”.
 
Baş məşqçi narazı qaldığı futbolçuların yerinə namizəd axtarmaq fikrində olduğunu da gizlətməyib: "Turnir cədvəlini real dəyərləndirmək lazımdi. Seçmə mərhələnin startında 3 məğlubiyyət nəzəri şanslarımızı belə çox aşağı salıb. Düşünürəm ki, bundan düzgün nəticə çıxaracağıq və istənilən rəqib bizimlə hesablaşmalı olacaq. Var qüvvəmizlə mübarizə aparacağıq. Şübhəsiz, belə məğlubiyyətlərdən sonra yığmaya namizəd axtarışında fəallaşacağıq. 2016-cı ilin yanvarında Sankt Peterburqda Birlik Kuboku keçiriləcək ki, bu turnirdə yığmaya yeni namizədləri hərtərəfli izləmək imkanımız olacaq. Daim yeni oyunçular axtarıb, komandada rəqabəti artırmalıyıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right