Premyer Liqa klubundan 17 milyon avroluq transfer RƏSMİ

İngiltərənin "Kristal Pelas" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi "Milluol"dan Romen Esseni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Kristal Pelas" İngiltərə U-20 millisinin üzvü üçün onun klubuna 17 milyon avro təzminat ödəyib. 19 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Futbolçu London klubunda 21 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Romen Esse "Milluol"un yetirməsidir. Gənc oyunçu bu mövsüm Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right