İspaniyanın “Barselona” klubu yeni rekorda imza atıb.
Newsport.az-ın məlumatına görə, La Liqa nəhəngi "Youtube" platformasında 20 milyon abunəçiyə çatan ilk futbol klubu olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2006-cı ildən fəaliyyət göstərən Kataloniya təmsilçisinin "YouTube" kanalının hazırda 20.1 milyon izləyicisi var.
Qeyd edək ki, "Barselona"nın əzəli rəqibi olan "Real" 16.3 milyon abunəçiyə malikdir.