16 yaşlı qazaxıstanlı futbolçu "Çelsi"yə keçir

Qazaxıstanlı futbolçu Dastan Satpaev karyerasını İngiltərədə davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, "Çelsi" 16 yaşlı müdafiəçini heyətinə qatır. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

"Kayrat"ın üzvü 2 ay London klubunun düşərgəsində baxışda olub. "Çelsi" gənc mərkəz müdafiəçisinin oyununu bəyənib və yaxın günlərdə onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Qazaxıstanın U-17 milli komandasının üzvü olan Dastan Satpaev "Kayrat"ın ikinci komandasında çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right