"Turan Tovuz" braziliyalı müdafiəçi transfer etdi Rəsmi

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi Kauan Martins De Paulanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı müdafiəçi ilə 6 ay + 1 illik müqavilə bağlanılıb. Son olaraq Şimali Makedoniyanın "Brera Strumitsa" klubunda forma geyinən 24 yaşlı futbolçu vətənində "Pirasikaba", "Mariliya" və "Qremio" Estoniyada isə "Narva-Trans"ın şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right