"Beşiktaş" Türkiyə millisinin üzvü ilə müqavilə imzaladı

Türkiyənin "Beşiktaş" klubunda yeni müqavilə qeydə alınıb.

Newsport.az xəbər verir ki, İstanbul nəhəngi qapıçı Mert Günokun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türk qolkiperin mövsümün sonunda başa çatan müqaviləsi 2+1 illik uzadılıb.

Qeyd edək ki, "Beşiktaş" Mert Günoku 2021-ci ilin avqust ayında "Başakşehir"dən transfer edib. Türkiyə millisinin üzvü olan 35 yaşlı qapıçı bu mövsüm "qara qartallar"ın heyətində 24 rəsmi matçda iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right