Milli komandanın baş məşqçisi istefaya göndərildi

Belçika Futbol Federasiyası milli komandanın baş məşqçisi Domeniko Tedesko ilə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, italiyalı mütəxəssislə yollar ayrılıb. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

39 yaşlı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Domeniko Tedesko 2023-cü ilin fevral ayından Belçika yığmasına rəhbərlik edirdi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right