"Qarabağ"ın rəqibi qonaq azarkeşlərin gəlməsinə qadağa qoydu

Fransanın iki klubu Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək oyunlar üçün qonaq azarkeşlərin gəlməsinə qadağa qoyub.

Newsport.az-ın məlumatına görə, "Qarabağ"ın qrupdakı rəqibi "Monako" və "Marsel"in ev oyunlarında qonaq komandanı heç kim dəstəkləməyəcək.

Fransa hökumətinin terror hücumundan sonra təhlükəsizlik tədbirlərini artırdığı məqamda klubların bu təşəbbüsünü UEFA da dəstəkləyib. Qeyd edək ki, noyabrın 26-da "Monako" Belçika klubu "Anderlext"i, "Marsel" isə Hollandiya "Qroningen"ini qəbul edəcək.
Daha öncə təhlükəsizlik məsələləri ilə əlaqədar Brüsseldə baş tutmalı olan Belçika - İspaniya, eləcə də Honnoverdə keçirilməli olan Almaniya - Hollandiya yoldaşlıq görüşləri təxirə salınmışdı.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right