Dopinq görə dünya çempionatından uzaqlaşdırıldı

Portuqaliyalı həndbolçu Migel Soares Martins Beynəlxalq Dopinq Test Agentliyi tərəfindən analizinin müsbət çıxdığına görə müvəqqəti olaraq dünya çempionatından kənarlaşdırılıb. Portuqaliyalı bu testi bir il əvvəl, 2024-cü il yanvarın 13-də vermişdi. Məlumatı agentliyin özü ictimaiyyətə çatdırıb.

Yanvarın 15-də Martinsin yoxluğunda Portuqaliya millisi dünya çempionatının ilkin mərhələsinin birinci oyununda ABŞ yığmasına 30:21 hesabı ilə qalib gəlib. Klub səviyyəsində həndbolçu Danimarkanın “Olborq” komandasının şərəfini qoruyur.

Əlavə edək ki, kişilər arasında həndbol üzrə dünya çempionatı Danimarka, Norveç və Xorvatiyada keçirilir. Turnirin qalibi fevralın 2-də məlum olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right