“Mançester Yunayted”in gənc ulduzu üçün əlamətdar oyun

“Mançester Yunayted” klubunun futbolçusu Amad Diallo İngiltərə Premyer Liqasında Ule-Qunnar Sulşer və Ueyn Runinin rekordunu təkrarlayıb.

Newsport.az xəbər verir ki, 22 yaşlı hücumçu buna “Sauthempton”a 3:1 hesabı ilə qalib gəldikləri 21-ci turun matçında nail olub.

Bu oyunda 3 qol vuran forvard Premyer Liqa tarixində bir qarşılaşmanın son 10 dəqiqəsində 3 və daha çox qol vuran üçüncü oyunçudur.

Sulşer 1999-cu, Runi isə 2010-cu ildə bunu bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right