Mourinyo "Çelsi"nin hücumçusunu istəyir

"Fənərbaxça" "Çelsi"nin hücumçusu Joao Felikslə maraqlanır.

Newsport.az xəbər verir ki, London klubunda az şans qazanması portuqaliyalı futbolçunun yeni variantları nəzərdən keçirməsinə səbəb olub.

Bununla bağlı İstanbul klubunun baş məşqçisi Joze Mourinyo həmyerlisi ilə görüşüb. "Fənərbaxça" Feliksi mövsümün sonuna kimi icarəyə götürmək istəyir. Portuqaliya mətbuatı 25 yaşlı futbolçunun təklifinə müsbət yanaşdığını yazıb.

Qeyd edək ki, Feliks bu mövsüm 19 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right