"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 21-ci turunda "Sauthempton"la qarşılaşıb.
Newsport.az xəbər verir ki, "qırmızı şeytanlar" 0:1 hesabı ilə geridə olduqları halda Amad Diallonun het-triki sayəsində 3:1 hesablı qələbə qazanıblar.
Amad bu qolları 82, 90 və 90+4-cü dəqiqələrdə vurub.
Hazırda turnir cədvəlində "Mançester Yunayted" 26 xalla 12-ci, "Sauthempton" isə 6 xalla sonuncu - 20-cidir.