"Ayaks"ın yetirməsi sabiq komandasına qayıtdı

"Ayaks"ın türkəsilli sabiq futbolçusu Naci Ünüvar əvvəlki komandasına qayıdıb.

Newsport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi yenidən "Tvente" ilə anlaşıb.

Bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.

Naci "Tvente" ilə 3 illik müqavilə imzalayıb.

"Ayaks"ın yetirməsi olan Ünüvar "Trabzonspor", "Espanyol"da və həmçinin "Tvente"də icarə əsasında çıxış etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right