"Liverpul" 70 milyon funt-sterlinqlik təklifi qəbul etmədi

"Liverpul"un hücumçusu Darvin Nunes karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Əl-Hilan" uruqvaylı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Ərəblər Nunes üçün "Liverpul"a 70 milyon funt-sterlinqlik təklif göndərib. İngiltərə klubu bu təklifi qəbul etməyib. Onlar 25 yaşlı forvard üçün 85 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, "Liverpul" Darvin Nunesi 2022-ci ilin yayında "Benfika"dan transfer edib. Uruqvat millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right