"Yuventus"la PSJ razılığa gəldi

PSJ-nin futbolçusu Randal Kolo Muaninin "Yuventus"a keçidi rəsmiləşmək üzrədir.

Newsport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

26 yaşlı hücumçu mövsümün sonunadək icarə əsasında Turin təmsilçisində çıxış edəcək. Müqavilədə satınalma bəndi də olacaq. Oyunçu bu həftə tibbi müayinədən keçmək üçün Turinə gedəcək.

Qeyd edək ki, Fransa millisinin də üzvü olan futbolçu bu mövsüm PSJ-də bütün turnirlərdə 14 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right