Türkiyənin "Hatayspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisini Murat Şahin çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Hatayspor" bir neçə gün öncə Rıza Çalımbayla yollarını ayırıb. Murat Şahin isə bu vaxta qədər Sergen Yalçının köməkçisi kimi çalışıb.