Xames Rodriqesin yeni klubu müəyyənləşib

İspaniyanın "Rayo Valyekano" klubundan ayrılan Xames Rodriqesin yeni iş yeri müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı kolumbiyalı futbolçunun Meksika təmsilçisi "Leon"la razılığa gəldiyi bildirilib. Yarımmüdafiəçi yeni komandasına azad agent kimi transfer olunub.

Qeyd edək ki, X.Rodriqes cari mövsümün əvvəlində "Rayo Valyekano"ya keçmişdi. O, bu mövsüm İspaniya klubunun heyətində bütün turnirlərdə 7 matçda bir məhsuldar ötürmə edib, meydanda ümumilikdə 205 dəqiqə keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right