“Bu, “Real” üzərindəki qələbəmizdə həlledici rol oynadı”

“Barselona”nın futbolçusu Robert Levandovski İspaniya Superkubokunun finalında “Real” üzərində qələbəni (5:2) şərh edib. Newsport.az xəbər verir ki, polşalı hücumçu bu mövsüm dekabradək yaxşı oynadıqlarını deyib.

O, qələbədə əvvəlki səhvlərdən düzgün nəticə çıxartmaqlarının böyük rol oynadığını bildirib: “Fasilə zamanı dekabrda buraxılan bütün səhvləri analiz etdik. Bu amil “Real” üzərindəki inamlı qələbəmizdə həlledici oldu”.

Qeyd edək ki, Levandovski 2022-ci ildən “Barselona”nın formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right