"Bavariya"dan "Latsio"ya

"Bavariya"nın hücumçusu Arion İbrahimoviç karyerasını İtaliyada davam etdirəcək.

Newsport.az xəbər verir ki, o, "Latsio"da icarə əsasında oynayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İbrahimoviçin maaşını İtaliya klubu ödəyəcək. "Latsio" onu transfer etmək istəsə, 8-10 milyon avro ödəməli olacaq.

"Bavariya"nın yetirməsi ötən mövsüm "Frosinone"də icarə əsasında çıxış edib və 16 matçda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right