"Çelsi"nin futbolçusu Almaniya klubunda

"Çelsi" və Portuqaliya millisinin üzvü Renato Veyqa qışda iş yerini dəyişməyə yaxındır. 

Newsport.az "A Bola"ya istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "Borussiya"(Dortmund) klubuna keçməyə hazırlaşır.

Artıq tərəflər arasında danışıqlar başlayıb. 

"Zadəganlar" 21 yaşlı futbolçu üçün 20 milyon funt sterlinq təzminat tələb edir. Dortmund klubu isə Veyqa üçün lazımı məbləği ödəməyə hazırdır. 

Portuqaliya millisinin üzvü "Sportinq", "Auqsburq", "Bazel"də oynadıqdan sonra 2024-cü ildə "Çelsi"yə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right