“Bayern”in 2 futbolçusu “Barselona”ya keçə bilər

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix və vingeri Leroy Sane Münhen klubu ilə müqavilələri başa çatdıqdan sonra yayda “Barselona”ya keçməyə isti yanaşır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçular bir zamanlar rəhbərliyi altında “Bayern” və Almaniya millisində çıxış etdikləri baş məşqçi Hans-Diter Fliklə yenidən birləşmək ehtimalına nikbin yanaşırlar.

Sane bu mövsüm bütün yarışlarda 20 matçda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə verib. Kimmix isə 25 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right