"Milan" bu forvardı komandadan göndərəcək

"Milan"ın forvardı Luka Yoviç komandadan göndəriləcək.

Newsport.az-ın məlumatına görə, serbiyalı futbolçu "rossonyerlər"in gələcək planlarına daxil deyil.

İtaliya klubu Yoviç üçün gələn transfer təkliflərini bu qış dəyərləndirəcək.

27 yaşlı hücumçu bu mövsüm cəmi 3 matçda meydana çıxıb.

Lukanın "Milan"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, indiyə qədər "Srvena Zvezda", "Apollon"(Limassol), "Ayntraxt"(Frankfurt), "Benfika", "Real"(Madrid), "Fiorentina" klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right