“Milan” gürcü futbolçunu transfer edib, icarəyə vermək istəyir

“Milan” “Empoli”nin müdafiəçisi Saba Qoqliçidze uğrunda yarışda “Yuventus”u məğlub etməyə hazırlaşır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” gürcü futbolçunu yanvardakı transfer pəncərəsində almaq və cari mövsümün sonuna kimi “Empoli”yə icarəyə vermək istəyir.

“Yuventus”un yayda Qoqliçidzeni almaq variantını nəzərdən keçirdiyi vurğulanır.

20 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 16 matçda iştirak edib. Onun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right