"Beşiktaş" 2-ci Liqadan müdafiəçi transfer etdi

Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Serik Belediyespor"dan Abdurrahman Üresini transfer edib. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Beşiktaş" 21 yaşlı sağ cinah müdafiəçisi üçün 2-ci Liqa təmsilçisinə 24 milyon TL təzminat ödəyəcək.

Qeyd edək ki, Abdurrahman Üresin ötən ilin avqust ayından "Serik Belediyespor"da çıxış edir. Gənc oyunçu hazırda davam edən mövsümdə komandasının heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right