“Barselona”da fikir ayrılığı yaranıb

“Barselona”nın rəhbərliyi və məşqçilər heyəti “Milan”ın vingeri Rafael Leaonun mümkün transferinin məqsədəuyğunluğu ilə bağlı fikir ayrılığına düşüb.

Newsport.az-ın məlumatına görə, bu barədə “sport.es” məlumat yayıb.

Portuqaliyalı futbolçunun transferində Kataloniya klubunun prezidenti Xuan Laporta şəxsən maraqlıdır. Komandanın məşqçilər heyəti isə hesab edir ki, digər futbolçular “Barselona”ya daha faydalı ola bilər.

Məşqçilər düşünürlər ki, Leao müdafiədə aktiv deyil. Həmçinin, komandada arxa xətdə oynayan zaman oxşar çatışmazlıqları olan cinah oyunçusu Lamin Yamal da var. “Barselona”nın məşqçiləri hesab edir ki, müdafiədə oynamayan iki vingerdən istifadə komandaya mənfi təsir göstərə bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right