Reşford İspaniya klubuna keçmək istəyir

“Mançester Yunayted”in hücumçusu Markus Reşford “Barselona”ya keçmək istəyir.

Newsport.az-ın məlumatına görə, Kataloniya klubunun 27 yaşlı futbolçu ilə maraqlanması təzəliklə ortaya çıxıb.

İngiltərəli futbolçunun bütün digər variantlardansa “Barselona”ya üstünlük verməsinə baxmayaraq, “Mançester Yunayted” “Milan”, “Yuventus” və Dortmund “Borussiya”sının marağını da ciddi hesab edir. Həmçinin, “qırmızı şeytanlar” onu “Borussiya”ya icarəyə vermək niyyətindədir.

Reşford bu mövsüm 24 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right