“Yuventus” bu qış 2 müdafiəçi almaq istəyir

“Yuventus” qış transfer pəncərəsində heyətini iki müdafiəçi ilə gücləndirə bilər.

Newsport.az xəbər verir ki, turinlilər “Barselona”dan Ronald Arauxonu transfer etmək üzərində işini davam etdirir, ancaq onlar uruqvaylı oyunçunu almaqla kifayətlənməyəcəklər.

“Qoca sinyora” rəhbərliyi daha bir müdafiəçini öz sıralarına qoşmağa cəhd edəcək. Belə ki, rəhbərlik “Çelsi”dən Aksel Disasini transfer etmək niyyətindədir. 26 yaşlı fransalı futbolçu təkcə müdafiənin mərkəzində deyil, cinahda da oynamağı bacarır. London klubu müəyyən sayda matç oynanıldıqdan sonra aktivləşdiriləcək alış öhdəliyi ilə Disasini icarəyə verməyə hazırdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right