"Çelsi" 19 yaşlı hücumçu üçün 42 milyon funt-sterlinq təklif edəcək

İngiltərənin "Çelsi" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, London klubu "Sportinq"də çıxış edən Konrad Harderi transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Premyer Liqa klubu 19 yaşlı forvard üçün "Sportinq"ə 42 milyon funt-sterlinq təklif edəcək. "Çelsi" ilə yanaşı, "Arsenal" və "Vest Hem" də Danimarka U-21 millisinin üzvü ilə maraqlanır.

Qeyd edək ki, "Sportinq" Konrad Harderi ötən ilin sentyabr ayında "Norşellan"dan transfer edib. Gənc hücumçu Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right