Almaniya Bundesliqasında 16-cı tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə Dortmund "Borussiya"sı doğma meydanda son çempion "Bayer"i qəbul edib. Qarşılaşma Leverkuzen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 35-ə yüksəldən "Bayer" turnir cədvəlinin 2-cci pilləsində qərarlaşıb. 25 xalı olan "Borussiya"isə 6-cı yerdədir.