"Qalatasaray"ın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçir

"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Newsport.az xəbər verir ki, "Əl-Fateh" mərakeşli vingeri heyətinə qatmaq istəyir. Bu barədə ərəb mediası məlumat yayıb.

Ərəblər Ziyeşlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Əl-Fateh" rəsmiləri Türkiyə klubu ilə danışıqları davam etdirir.

Qeyd edək ki, hakim Ziyeş 2023-cü ilin yayında "Çelsi"dən "Qalatasaray"a keçib. 31 yaşlı futbolçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qaləb. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right