İngiltərə Premyer Liqasında ayın ən yaxşı baş məşqçisi və futbolçusu bəlli olub

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb.

Newsport.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Ən yaxşı mütəxəssis adına "Nottinqem Forest"dən Nunu Eşpiritu Santu layiq görülüb. "Nyukasl"da çıxış edən isveçrəli futbolçu Aleksandr İsak isə səsvermədə digər rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, "Nottinqem Forest" Premyer Liqadakı son 6 matçın 5-də qalib gəlib və hazırda turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. İsak isə ötən ay çempionatda 8 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right