Ronaldodan unikal göstərici

Səudiyyə Ərəbistanının “Əl Nəsr”  klubunun hücumçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

Newsport.az xəbər verir ki, onun rekordu ölkə çempionatının 14-cü turunda “Əl Ohdud"la oyunda qeydə alınıb.

“Əl Nəsr”in 3:1 hesabı ilə qalib gəldiyi oyunda komandanın qollarını Sadio Mane (2) və Kriştiano Ronaldo vurub. Portuqaliyalı hücumçu görüşdə fərqlənməklə unikal göstəriciyə imza atıb.

Ronaldo karyerasında 24 futbol təqvimi ilinin hər birində qol vuran ilk oyunçu adını qazanıb. Bu, həm də 39 yaşlı hücumçunun 2025-ci ildə ilk qolu olub.

Ronaldo ilk qollarını 2002-ci ilin oktyabrında "Sportinq"də çıxış edərkən Portuqaliya çempionatında "Moreirense"ni məğlub etdikləri oyunda vurub. O, həmin görüşdə dubl edib..





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right