Fernando Santuş futbolun üç məşhur siması haqda nə dedi?

Azərbaycan milli futbol komandasının baş məşqçisi Fernando Santuş hesab edir ki, Kriştiano Ronaldo, Məhəmməd Salah və Ruben Amorim barədə danışıb.

Newsport.az xəbər verir ki, Santuş Misirin Birinci kanalının jurnalisti Kərim Ramziyə verdiyi müsahibədə Misir millisinin və "Liverpul"un hücumçusu Məhəmməd Salaha ehtiramını ifadə edib. 

“Məhəmməd Salah böyük ad və yüksək karyera qazanmış futbolçudur. O, Misir futbolunun ən yaxşı nümayəndəsidir və bu mövsüm "Liverpul"da əla oynayır" - deyə o qeyd edib.

Santuş həmyerlisi və Portuqaliya millisində onun rəhbərliyi altında oynamış Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanı liqasında oynamasına da münasibət bildirib: " Bu, unikal təcrübədir. “Əl-Nəsr” Avropa klublarından heç nə ilə fərqlənmir. Səudiyyə futbolunda ab-hava əladır. Kriştiano dünya səviyyəli oyunçudur və o, gələcəyini təmin etmək istəyirdi”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right