Vinisius Juniorun cəzası açıqlandı

"Valensiya" ilə matçda qırmızı vərəqə alan “Real”ın futbolçusu Vinisius Juniorun cəzası açıqlanıb. Newsport.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.

Bİldirilib ki, yanvarın 3-də baş tutan görüşün 79-cu dəqiqəsində rəqibin qapıçısı Stole Dmitrievskini itələyərək yerə yıxan və qırmızı vərəqə alaraq meydandan qovulan Vinisius 2 oyunluq cəzalandırılıb.

Qeyd edək ki, 2018-ci ildən "Real"ın formasını geyinən Vinisius cari mövsümdə 22 matçda 13 dəfə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right