Deşam qərar verdi: millidən ayrılır

Fransa millisinin baş məşqçisi Didye Deşam postundan ayrılacaq. Newsport.az xəbər verir ki, bu barədə "L`Equipe" nəşri məlumat yayıb.

O, 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra vəzifəsini tərk edəcək. Deşam qərarını tezliklə rəsmi şəkildə açıqlayacaq.

Qeyd edək ki, Didye Deşam 2012-ci ilin yayından Fransa millisinin “sükanı arxasındadır”. Onun rəhbərliyi altında fransızlar baş 166 oyunda 106 qələbə qazanıb, 31 dəfə heç-heçə edib, 29 dəfə məğlubiyyətlə üzləşib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right