Ronaldo onu "Qızıl top"a layiq görür

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo "Real"ın yarımmüdafiəçisi Cud Bellinqem haqqında danışıb.

Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, 39 yaşlı forvard 21 yaşlı futbolçunu tərifləyib. O, Bellinqemin "Qızıl top"a layiq olduğunu deyib.

"Cud Bellinqem böyük istedaddır. O, "Qızıl top"u qazana bilər".

Xatırladaq ki, Bellinqhem dekabrın 27-də "Globe Soccer Awards"dan 2024-cü ilin ən yaxşı yarımmüdafiəçisi kimi mükafat alıb. İngiltərəli futbolçu 2023-cü ilin yayından "Real"ın formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right