"Real" Van Deykdən niyə imtina edib?

Xəbər verdiyimiz kimi, "Liverpul"un müdafiəçisi Vircil van Deyk "Real"a keçməyəcək. O, "mersisaydlılar"la müqaviləsini yeniləyəcək.

Newsport.az xəbər verir ki, Madrid təmsilçisinin niderlandlı futbolçunu almaqdan imtina etməsinin səbəbi müəyyənləşib. Bu barədə "Relevo" məlumat yayıb.

"Kral klubu" əvvəlcə Van Deyki transfer etməyə çalışsa da, sonradan onun keçidinin əhəmyyətli olmadığına qərar verib. "Real" 33 yaşlı futbolçunun yaşına görə şübhə edir. La Liqa təmsilçisi həmçinin bu cür bir oyunçunun komandaya düzgün uyğunlaşmayacağına inanır.

Həmçinin Van Deykin özü də "Liverpul"un baş məşqçisi Arne Slota komandada qalmaq istədiyini bildirib. Tərəflər 2028-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayacaqlar. 

Qeyd edək ki, Van Deyk 2018-ci ilin yanvarından "Liverpul"da oynayır. O, bu klubla İngiltərə Premyer Liqasının, Çempionlar Liqasının, ölkə kubokunun və FİFA klublararası dünya çempionatının qalibi olub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right