Kurtua və Rüdiger kubok oyununu buraxacaq

“Real”ın iki futbolçusu İspaniya kubokunun 1/16 final mərhələsində “Deportiva Minera” ilə keçiriləcək səfər oyununu buraxacaq. Newsport.az xəbər verir ki, söhbət qapıçı Tibo Kurtua və müdafiəçi Antonio Rüdigerdən gedir.

“Kral klubu”nun baş məşqçisi Karlo Ançelotti onların görüşdə iştirak edə bilməyəcəyini söyləyib: “Kurtua və Rüdiger oyuna getməyəcək. Qalan hər kəs matçda iştirak edə biləcək. Bu yaxınlarda oynadıq və bəzi oyunçuların daha çox istirahətə ehtiyacı var. Bu dəfə daha az oynayanlara şans vermək istəyirəm”.

Qeyd edək ki, bu gün keçiriləcək “Deportiva Minera” – “Real” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right