“Barselona”nın qapıçısı Voyçex Şesnı İspaniya Kral kubokunda “Barbastro” ilə matçda (4:0) debütü ilə bağlı duyğularını bölüşüb.
Newsport.az-ın məlumatına görə, polşalı qolkiper xoşbəxt olduğunu deyib:
“Mən xoşbəxtəm. Bu, səhv etmək istəmədiyiniz matçlardan biri idi, oyuna düzgün münasibətlə yanaşmaq vacibdir. Əlbəttə, gizlətmirəm ki, debütdən əvvəl narahat idim, amma komandamın oyunu mənim tapşırığımı xeyli asanlaşdırdı”.
34 yaşlı futbolçu karyerasını başa vurduqdan iki ay sonra bərpa edib və oktyabrda “Barselona” ilə mövsümün sonuna qədər olan müqavilə imzalayıb.