18 yaşlı özbək futbolçu La Liqa klubunda

Özbəkistanlı futbolçu Lazizbek Mirzaev karyerasını İspaniyada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, "Leqanes" Daşkənd "Lokomotiv"inin hücumameyilli yarımmüdafiəçisini transfer edib. La Liqa klubu 18 yaşlı futbolçu üçün Özbəkistan təmsilçisinə 100 min avro təzminat ödəyib.

Gənc oyunçu "Leqanes"in B komandasında çıxış edəcək. Onunla 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Lazizbek Mirzaev 2023-cü ilin yanvar ayından çıxış etdiyi "Lokomotiv"in əsas komandasının heyətində 23 rəsmi matçda meydana çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right